Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi son oyunun biletləri satışa çıxarılıb.

Futbolinfo.az xəbər verir ki, komandamız C liqasının 1-ci qrupundakı mübarizəyə noyabrın 19-da İsveç səfəri ilə yekun vuracaq.

Solna şəhərindəki “Friends Arena”da təşkil olunacaq görüşün biletləri artıq bütün azarkeşlər üçün satışdadır. Bir nəfər maksimum 6 bilet ala bilər. Daha əvvəl isə “Qızıl üzvlər” üçün biletlər satışa çıxarılmışdı.

Qeyd edək ki, C Liqasında yer alan millimiz ilk matçını sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda məhz İsveçə qarşı keçirəcək.

Shares: