Yunanıstan mətbuatı “Olimpiakos”un UEFA Avropa Liqasındakı rəqibləri ilə bağlı araşdırma aparıb.
Futbolinfo.az xəbər verir ki, həmkarlarımız Pirey təmsilçisi ilə qarşılaşacaq “Qarabağ”a da xüsusi yer veriblər. Onlar Qurban Qurbanovun 2008-ci ildən ağdamlıları çalışdırmasını, komandanın 11 dəfə ölkə çempionluğunu qazandığını və ardıcıl 10 mövsüm avrokubokların qruplarında iştirak etdiyini yazıblar.
Yunanlar “Olimpiakos”un məşqçilər korpusunun çəkindiyi “Qarabağ”lıların adlarını da sadalayıb. Yerli KİV baş məşqçi Xose Luis Mendilibarı 3 oyunçunun xüsusi narahat etdiyini yazıb: “Azərbaycan çempionunun ön xətdə yer alan futbolçuları Olavio Juninyo, Leandro Andrade və Yasin Benzia xüsusi təhlükə sayılırlar. Oyun zamanı onları diqqətdən yayındırmaq olmaz”.
Qeyd edək ki, “Olimpiakos”la “Qarabağ” arasında oyun son tur çərçivəsində gələn il yanvarın 30-da Yunanıstanda keçiriləcək.