Cari mövsümün sonunda yenidən avrokuboklara düşmək istəyən “Zirə” heyətini gücləndirir. Dünən Türkiyənin “Kasımpaşa” klubundan Ayron Qomisi transfer edən “qartallar”ın növbəti hədəfi vaxtilə ölkəmizdə oynamış legionerdir.
Futbolinfo.az xəbər verir ki, qəsəbə təmsilçisi “Neftçi”də oynamış Yusuf Lavalla danışıq aparır. Müzakirələr müsbət davam edir və cinah hücumçusunun tezliklə “Zirə” ilə müqavilə bağlayacağı gözlənilir.
26 yaşlı nigeriyalı 2020-ci ilin yayında 3 il oyndığı “Lokeren”dən (Belçika) “Neftçi”yə azad agent kimi keçmişdi. 2023-cü ilin yanvarında isə cinah hücumçusu Portuqaliyanın “Arouka” klubuna yollandı. O zaman bakılıların futbolçunu təxminən 30 min dollara satdığı deyilirdi.
Portuqalyada 26 matçda cəmi 293 dəqiqə meydanda olan Laval özünü doğrulda bilməyib. Amma bu, “Zirə”nin ona marağını azaltmayıb. “Arouka” ilə 2 illik müqaviləsi qalan Yusuf anlaşmaya qarşılıqlı razılıqla xitam verməyə çalışır.