“Hər bir məşqçi çalışan futbolçunu oynatmağa məcburdur”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Kəpəz”in yeni baş məşqçisi Azər Bağırov deyib.
Bağırov daha öncə “Araz-Naxçıvan” bir yerdə çalışdığı Orxan Əliyevlə heç bir problemi olmadığını bildirib: “Orxanla heç bir problemim yoxdur. Sadəcə, oyunu barəsində şikayətlərim ola bilər. O da təbiidir. Kim meydançada canını qoyursa, o da həmişə oyunda olur. Hər bir məşqçi çalışan futbolçunu oynatmağa məcburdur. Mənə elə də gəlir ki, özü-özünün düşməni deyil”.
Qeyd edək ki, ötən mövsüm “Araz-Naxçıvan”da bir yerdə çalışın Əliyev və Bağırovun aralarındakı soyuq münasibət hər kəsə məlumdur. Hətta Bağırov bunu dəfələrlə müsahibələrində də dilə gətirmişdi. İndi isə Azər bəy ondan bir müddət öncə Gəncə klubuna gələn hücumçu ilə yenidən birgə olmalıdır.
GÜNAY SÜLEYMANOVA