İngiltərə millisinin üzvləri Koul Palmer, Fil Foden və Olli Uotkins komandanın sentyabrdakı təlim-məşq toplanışında iştirak etməyəcəklər. Bu barədə “The Athletic” məlumat yayıb.

Futbolçular zədələrə görə reabilitasiyanı davam etdirmək üçün klublarına qayıdıblar. Buna görə də onlar yığmanın Millətlər Liqasındakı matçlarını buraxmalı olacaqlar.

Foden “Mançester Siti”nin, Palmer “Çelsi”nin, Uotkins isə “Aston Villa”nın futbolçusudur. Onlar bu ay İngiltərə millisinin Millətlər Liqasında İrlandiya (7 sentyabr) və Finlandiya (10 sentyabr) komandalarına qarşı qarşılaşmalarını buraxacaqlar.

Shares: