Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi, qadınlardan ibarət “Neftçi” komandası bu gün I mərhələ oyununa çıxacaq.

Futbolinfo.az xəbər verir ki, komanda Gürcüstanın Tskaltubo şəhərində təşkil olunacaq görüşdə Avstriyanın “Sankt-Pölten” klubu ilə qarşılaşacaq.

Tskaltubo Texniki Mərkəzin stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Çempionlar yolunun II qrupu çərçivəsində baş tutacaq oyunun qalibi “Vlajniya” (Albaniya) – “Lançxuti” (Gürcüstan) cütünün qalibi ilə finalda üz-üzə gələcək. Cütlərin məğlubları isə üçüncü yer uğrunda oyunda qarşılaşacaqlar. Həmin oyunlar sentyabrın 7-də keçiriləcək.

UEFA Çempionlar Liqası

I mərhələ, ilk oyun

4 sentyabr

18:00. “Sankt-Pölten” (Avstriya) – “Neftçi” (Azərbaycan)

Baş hakim: Jelena Kumer (Xorvatiya)

Baş hakimin köməkçiləri: Sanja Rodjak-Karšić (Xorvatiya), Francesca Di Monte (İtaliya)

Dördüncü hakim: Maria Marotta (İtaliya)

Tskaltubo Texniki Mərkəzi

Shares: