“US Open”də ilk yarımfinalçılar məlum olub.

Qadınların turnirində əsas favorit sayılan Arina Sobolenko çətinlik çəkmədən çinli Sinven Jenə qalib gəlib – 6:2, 6:1. Bununla da belaruslu tennisçi karyerasında 9-cu dəfə “Böyük dəbilqə” seriyalı turnirin yarımfinalına yüksəlib.

Digər ¼ final oyununda Emma Navarro ispan tennisçi Paola Badosanı məğlubiyyətə uğradıb – 6:4, 7:5.

Kişilərin mübarizəsində Teylor Frits Aleksandr Zverevə 3:1 hesabı ilə qalib gəlib.

Digər ¼ final oyununun iştirakçısı Qriqor Dimitrov isə zədə səbəbilə görüşdən imtina edib. Bununla da ABŞ-li Frensis Tiafo oynamadan yarımfinala adlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp