İdman Arbitraj Məhkəməsi (CAS) məşhur rusiyalı atlet Tatyana Tomaşovanın 2012-ci ilin iyunundan 2015-ci ilin yanvarına qədər olan nəticələrini antidopinq qaydalarını pozduğuna görə ləğv etdiyini bildirib.
CAS sentyabrın 3-dən etibarən Tomaşovanı diskvalifikasiya edib. Bundan əlavə, rusiyalı idmançının 21 iyun 2012-ci ildən 2015-ci il yanvarın 3-dək olan yarışlarda göstərdiyi bütün nəticələr ləğv edilib.
Həmin müddətdə Tomaşovanın 2012-ci il London Olimpiadasında 500 m məsafəyə qaçışda əldə etdiyi gümüş medal alınıb.
Qeyd edək ki, bu, Tomaşovanın ilk diskvalifikasiyası deyil. 2008-ci ildə o, dopinq nümunələrini pozmaqda şübhəli bilindiyi üçün cəzalandırılıb.
Tomaşova 1500 m məsafəyə qaçışda 2004-cü il Olimpiadasının gümüş medalına malikdir. Bundan əlavə, o, bu növdə 2003 və 2005-ci illərin dünya çempionudur.