2024-cü il Olimpiadasının iştirakçısı uqandalı stayer Rebekka Çepteqinin vəziyyəti ağırdır. “Sky Sport” yerli mətbuata istinadən bu barədə xəbər verir.

Nəşrin məlumatına görə, Çepteqi bazar günü Keniyadakı evində olarkən sevgilisi Dikson Ndiem tərəfindən vəhşicəsinə döyülüb. İddiaya görə, Ndiem mübahisə zamanı bir qab benzin alaraq, onu Çepteqinin üzərinə töküb və yandırıb.

33 yaşlı Çepteqi bədəninin 75%-də yanıq olmaqla təcili xəstəxanaya yerləşdirilib. Təcavüzkar olduğu iddia edilən şəxsin özü də yanğın nəticəsində ağır yaralanıb.

2024-cü ildə Parisdə (Fransa) keçirilən Olimpiya Oyunlarında Çepteqi marafonda iştirak edib. İdmançı məsafəni 2:32.14.00-da qət edərək, 44-cü olub.

Shares: