Basketbol idman növünün “Şöhrət Zalı”nın üzvü 63 yaşlı Ayzeya Tomas özü haqqında bir sənədli film çəkdirmək niyyətindədir. Bunun da səbəbi Maykl Cordan və “Çikaqo Bulls”a həsr edilmiş “Sonuncu rəqs” filmində qeyd edilənlərin onun xoşuna gəlməməsidir.

“Mən bu barədə bütün həqiqəti sənədli filmimdə deyəcəyəm. Film həqiqətən də maraqlı olacaq”, – deyə “Fadeaway World”a müsahibəsində Tomas qeyd edib.

Tomasın fikrincə, “Çikaqo Bulls” və Cordan haqqında çəkilən film əfsanəvi oyunçular arasında əvvəlki gərginliyi yenidən alovlandırıb.

Xatırladaq ki, Tomas “Detroyt Pistons”un əfsanəvi komandasının əsas üzvlərindən olub və həmin dönəmdə iki dəfə MBA çempionluğunu qazanıb. Bəzi məlumatlara görə, onun 1992-ci ildə ABŞ-nin Olimpiada üçün “Dream team” komandasından çıxarılmasının səbəbi də Cordanla münasibətlərin gərginliyi olub.

Shares: