Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın “Nürnberq” klubunda kollektivlə məşqlərə başlayıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə II Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze 27 yaşlı hücumçunun komanda ilə hazırlıqlara start verdiyi üçün çox sevindiyini bildirib.

“Nürnberq” sentyabrın 5-də yoxlama oyununda “Ersgebirge” ilə üz-üzə gələcək.

Shares: