Qadın voleybolçulardan ibarət “Gəncə” klubu heyətini tailandlı oyunçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Tailand millisinin üzvü Tiçakorn Bunlertlə 1 illik müqavilə imzalanıb.

Ötən mövsümü ölkəsində “Diamond Food Fine Chief” komandasının heyətində keçirən voleybolçu ilk dəfə legioner həyatı yaşayacaq.

Qeyd edək ki, “Gəncə” daha əvvəl yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva, Xanım Cəlilova və rusiyalı oyunçu Anastasiya Atepalinanı heyətinə qatıb.

Shares: