“Los-Anceles Leykers”ın hücumçusu LeBron Ceymsin həyat yoldaşı Savanna Ceyms asılılığı ilə bağlı sualı cavablandırıb. Savannanın sözlərinə görə, o, sosial şəbəkələrdə lazımsız videolara baxmağa çox vaxt sərf edir.
“Mən videolara baxmağa çox vaxt sərf edirəm. Bir çox lazımsız şeylər haqqında lazımsız məlumatlar öyrənirəm. Bir sözlə, mən bu xəstəliyə tutulmuşam. Yadplanetlilərlə, su pəriləri ilə bağlı videolara baxıram”, – deyə Savanna “Everybody’s Crazy” YouTube kanalında deyib.
Xatırladaq ki, son MBA draftında LeBron və Savannanın oğlu Bronni Los-Anceles komandası tərəfindən draftda 55-ci seçilib. Beləliklə, Şimali Amerika Liqası tarixində ilk dəfə olaraq ata və oğul eyni komandada çıxış edəcəklər.