Azərbaycanın çimərlik voleybolçuları Türkiyənin Mersin şəhərində keçiriləcək “Bioderma Pro Beach Tour” açıq çempionatında iştirak edəcəklər.
Futbolinfo.az xəbər verir ki, təmsilçilərimiz bu gün qardaş ölkəyə yola düşüblər.
Yarışda ölkəmizi 3 qadın (Səbinə Əlizadə – Lizi Latsabidze; Nərmin Səmədzadə – Fidan Əhmədxanov; Larisa Smetsova – Çinarə Quliyev) və üç kişi (Vadim Kutukov – Heydər Məmmədli; Nəriman Bayramlı – Muhammad Aslanlı, İbrahim Məmmədov – Aqşin Ağazadə) komandası təmsil edəcək.
Kişilər İqor Olefirin, qadınlar isə Nihad Tanrıverdiyevin rəhbərliyi altında yarışacaqlar.
Bu gündən startı veriləcək və sentyabrın 9-na qədər davam edəcək “Bioderma Pro Beach Tour” açıq çempionatında yarışacaq komandalar FIVB reytinq xalları qazanacaq.