“Mercedes” komandasının rəhbəri Toto Volf Avstriyanın “Red Bull” komandasının son vaxtlar düşdüyü çətin vəziyyətlə bağlı fikirlərini bölüşüb.

“Red Bull” əla komandadır və əminəm ki, onların yaxşı yarışları olacaq. Baxmayaraq ki, “McLaren” indi çempionatda açıq-aydın favoritdir. Düşünürəm ki, komandada peşəkarlar toplaşıb. Onlar artıq gələn həftə öz güclərini göstərəcklər. Fikrimcə, Bakıda yenidən əvvəlki “Red Bull”u görəcəyik”, – deyə Volf qeyd edib.

Hazırda “Red Bull” Mühəndislər kubokunda liderliyini davam etdirir. Lakin xal fərqi artıq 8-ə enib. Hazırda Avstriya komandasının 446, ikinci yerdə olan “McLaren”in 438 xalı var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp