Daniel Podense Avropa Liqasında “Qarabağ”a qarşı oynamayacaq. 28 yaşlı vinger ötən mövsüm Konfrans Liqasının qazandığı, indi isə ağdamlılara rəqib olan “Olimpiakos”dan ayrılıb.

Futbolinfo.az xəbər verir ki, portuqaliyalı futbolçu “Əl Şabab”a keçib. Səudiyyə Ərəbistanı klubu onun üçün müqavilə ilə məxsus olduğu “Vulverhempton”a 5 milyon avro ödəyib.

Xatırladaq ki, son mövsümü yunan klubunda keçirən futbolçu, 2018-20-ci illərdə də burada oynamışdı. Onu İngiltərə klubuna məhz “Olimpiakos” satmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp