Memfis Depaya daha bir müştəri çıxıb. Bir sıra Avropa və ərəb klublarından təklifi olan hücumçuya “Korintians” dəvət göndərib.

Futbolinfo.az xəbər verir ki, daha öncə dgər Braziliya klubu “Flamenqo” da Niderland millisinn üzvünü istəyirdi. “Korintians”ın təklifi isə daha konkretdir. Cənubi amerikalılar ona aya 400 min avro qazanacağı müqavilə təqdim edib.

“Atletiko”dan azad agent kimi ayrılan Depay Avropada qalmaq istəyir. O, arzuladığı dəvəti almayacağı təqdirdə digər variantlar haqda düşünəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp