İtaliyanın “Roma” klubu Almaniyanın “Borussiya” (Dortmund) kollektivinin sabiq müdafiəçisi Mats Hummelsi transfer edib.

Futbolinfo.az “canavarlar”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi 35 yaşlı futbolçu ilə birillik müqavilə imzalayıb.

O, yeni klubunda 15 nömrəli formanı geyinəcək.

Almaniya millisinin heyətində dünya çempionu olan Hummels ötən mövsüm “Borussiya”dan azad agent kimi ayrılıb. O, son mövsüm dortmundluların heyətində 40 matçda 4 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp