Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının yeni mövsümündə ilk sınağına çıxacaq.
Futbolinfo.az xəbər verir ki, C Liqasında mübarizə aparan yığmamız doğma meydanda İsveçlə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
Fernandu Santuşun rəhbərlik etdiyi yığmamız yeni mövsümə uğurlu start verməyə çalışacaq.
UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
5 sentyabr
Azərbaycan – İsveç
Baş hakim: Balaş Berke (Macarıstan).
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00.