Formula 1 dünyasının tanınmış siması Adrian Nyui “Aston Martin”ə keçmək üçün prinsipial razılığa gəlib.

“Sky Sports”un məlumatına görə, tərəflər uzunmüddətli əməkdaşlığa hazırdırlar. Nyui rəsmi olaraq 2025-ci ilin martında “Aston Martin”də işə başlayacaq.

Jurnalistlərin əldə etdiyi məlumata görə, Nyinin yeni komandada illik məvacibi 26 milyon dollar təşkil edəcək. Xatırladaq ki, Formula 1 tarixinin ən dahi konstruktoru çempion maşınların yaradıcısıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp