Rodri gələn yay “Real”a transfer ola bilər. İspaniya millisinin üzvünün də belə bir arzusu var və o, bu səbəbdən “Mançester Siti”nin yeni müqavilə təklifni qəbul etmir.

Futbolinfo.az xəbər verir ki, Toni Kroosun gedişindən sonra yarımmüdafiənin mərkəzinə təcrübəli futbolçu axtaran madridlilər bu yay ilkin addım atıb. Amma futbolçunun dəyəri 100-130 milyon avro arasında dəyişdiyindən, rəsmi təklif göndərilməyib. Lakn Rodrinin öz fikri öyrənilib və anlaşmaya isti yanaşdığı aydınlaşıb.

İngilislərin 5 il öncə “Atletiko”dan 70 milyon avroya aldığı yarımmüdafiəçi, hazırda “şəhərlilər”in ən önəmli futbolçusu hesab olunur. “Real” gələn yay rəsmi təklif göndərib keçidi tamamlamaq niyyətindədir. 2027-ci ilin yayınadək müqaviləsi olan Rodri də bu səbəbdən anlaşmanın daha 2 illik uzadılmasına razılıq vermir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp