AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının V turunda qeydə alınan neqativ hallar müzakirə olunub.

“Sumqayıt”la oyunda 5 futbolçusu sarı vərəqə alan “Araz-Naxçıvan” 700 manat cərimələnib.

“Şamaxı” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğundan, ev sahibləri 800 manat cərimə olunub. Eyni hadisə “Kəpəz” – “Sabah” qarşılaşmasında da yaşanıb və gəncəlilər eyni məbləğdə cərimə ödəməli olacaq.

“Zirə” – “Qarabağ” görüşünün 29-cu dəqiqəsində birincilərin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Bu hal cari mövsümdə ilk dəfə yaşandığı üçün “Zirə”yə xəbərdarlıq edilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp