İspaniya millisinin heyətində Avropa və dünya çempionu olmuş Xuan Mata karyerasını Avstraliyada davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi “Uestern Sidney Uonderers”də çıxış edəcək.

İspaniyada “Valensiya”, İngiltərədə “Çelsi”, “Mançester Yunayted” və Türkiyədə “Qalatasaray” kimi klubların formasını geyinmiş Mata 2009-2016-cı illər aralığında İspaniya yığmasında çıxış edib. O, 2010-cu ildə dünya, 2012-ci ildə Avropa çempionatının qalibi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp