Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının medal sıralamasında 32-ci pillədə qərarlaşıb. Hazırda yığmanın hesabında 3 qızıl, 1 gümüş və 3 bürünc mükafat var.
İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (uzunluğa tullanma) və Lamiyə Vəliyeva (100 metr məsafəyə qaçış) qızıl, Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq) ilə Vəli İsrafilov (100 metr məsafəyə brass üsuu ilə üzmək) bürünc medala sahib çıxıblar.
Siyahıya Çin (74 qızıl, 55 gümüş, 37 bürünc) başçılıq edir. Böyük Britaniya (36 qızıl, 29 gümüş, 19 bürünc) ikinci, ABŞ (27 qızıl, 33 gümüş, 12 bürünc) üçüncüdür.
Hələlik 80 ölkə təmsilçiləri medal əldə edə bilib. Paralimpiada sentyabrın 8-də başa çatacaq.