“Benfika”nın yeni baş məşqçisi açıqlanıb. Komandanın sükanı Bruno Lageyə tapşırılıb.
Klubun mətbuat xidmətinin məlumatına görə, mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Lage bu postda bir müddət əvvəl istefaya göndərilən Rocer Şmidti əvəzləyib.
Mütəxəssis daha əvvəl 2019/20 mövsümündə “Benfika”ya rəhbərlik edib. O, “Vulverhempton” və “Botafoqo”da da çalışıb.