Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Futbolinfo.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv Lüksemburqun qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. Görüşü İsveçrədən olan Dezire Qrundbaxer idarə edəcək.

F qrupunun digər matçında Ukrayna Serbiyanı, Şimali İrlandiya İngiltərəni qəbul edəcək.

6 oyuna 3 xal toplayan U-21 sonuncu – altıncı pillədə qərarlaşıb. Ukrayna (6 oyun) 18 xalla liderdir. Eyni xala malik İngiltərə (7 oyun) ikinci, Serbiya (7 oyun) 10 xalla üçüncü, Şimali İrlandiya (6 oyun) 6 xalla dördüncü, Lüksemburq (8 oyun) 4 xalla beşincidir.

Shares: