“Real”ın zədəliləri siyahısına daha biri əlavə olunub. Ötən mövsümü demək olar, boşa verən Eder Militao yenə sıradan çıxıb.

Futbolinfo.az xəbər verir ki, mərkəz müdafiəçisi Braziliya millisinin düşərgəsində zədələnib. Madridə qayıdan oyunçunun azı iki həftəlik sıradan çıxdığı deyilir. O, klub həkimlərinin nəzarətində olacaq.

Daha öncə “Real”da Ferlan Mendi və Aurelien Çuameni də sıradan çıxmış, Fransa millisinin heyətindən kənar qalmışdılar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp