Nyu-Yorkda keçirilən “US Open” turnirində qadınların mübarizəsində yarımfinal görüşləri baş tutub.

Çempionatın əsas favoriti sayılan Arina Sabalenka Emma Navarro ilə qarşılaşıb. Belaruslu tennisçi hər iki seti qələbəylə başa vurub – 6:3, 7:5. Arina ardıcıl ikinci il turnirin finalına adlayıb.

Digər yarımfinal oyununun taleyi 3 setdə həll olunub. İlk setdə Karolina Muçova 6:1 hesabı ilə qalib gəlib. İkinci seti isə Cessika Pequla aktivinə yazıb – 6:4. 3-cü setdə də qalib gələn Pequla finala vəsiqə qazanıb.

Beləliklə, qadınların final oyununda Sabalenko ilə Pequla qarşılaşacaq. Görüş şənbə günü keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp