Snuker üzrə yeddiqat dünya çempionu Ronni O’Sallivan Ər-Riyadda keçirilən “Saudi Arabia Snooker Masters 2024” reytinq turnirinin yarımfinalına yüksələ bilməyib.

1/4 final görüşündə O’Sallivan dünya reytinqinin 22 nömrəsi Si Jiahuiyə 4:6 hesabı ilə məğlub olub.

Səudiyyə Ərəbistanı “Snooker Masters 2024”də 1/4 finalın nəticələri:

Si Jiahui (20) – Ronni O’Sallivan (5) – 6:4;

Mark Vilyams (9) – Cimmi Robertson (49) – 6:0;

Cadd Tramp (3) – Nil Robertson (27) – 6:3;

Şon Mörfi (7) – Xiao Quodong (34) – 6:2.

Qeyd edək ki, yeni reytinq turnirinin mükafat fondu 2,3 milyon funt-sterlinq təşkil edir.

Shares: