Çin şahmatçısı Ju Venjun qadınlar arasında sürətli şahmat çempionatının qalibi olub. O, finalda Rusiya şahmatçısı Polina Şuvalovanı 12,5:9,5 hesabı ilə məğlub edib.

Ju Venjun qadınlar arasında sürətli şahmat çempionatının əsas yarışında iştirak etmək üçün dəvət olunmuş 10 oyunçudan biri idi. 16 nəfərdən ibarət turnirdə təsnifat mərhələsində qalib gələn idmançılar da iştirak edirdi.

Qadınlar arasında sürətli şahmat çempionatı avqustun 22-dən sentyabrın 5-dək baş tutub. Ju Venjun və rusiyalı Polina Şuvalova arasında matç 150 dəqiqə davam edib. Qarşılaşma beş dəqiqəlik, üç dəqiqəlik və bir dəqiqəlik partiyalardan ibarət hissələrdən ibarət olub.

Shares: