“Bir müddət müalicə almağım lazımdır”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında milli komandamızın və “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə deyib.

Bəhlul milli komandanın heyətindən kənarlaşdırılıb. O, bunun səbəbini deyib: “İsveçlə oyundan sonra müayinə olundum və əzələ dartılması aşkarlandı. Hələ ki, bir müddət müalicə almağım lazımdır. Çox təəssüf edirəm ki, növbəti oyunda komandamın yanında ola bilməyəcəm”.

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 8-də Millətlər Liqasının lI turunda səfərdə Slovakiya ilə üz-üzə gələcək.

GÜNAY SÜLEYMANOVA

Shares: