Azərbaycan Basketbol Federasiyasının məşqçilər şurası tərəfindən milli komandalara namizəd göstərilən yeniyətmə oğlan basketbolçulara baxış prosesi yekunlaşıb.

Futbolinfo.az xəbər verir ki, U-12, U-14 və U-16 yaş kateqoriyaları üzrə keçirilmiş baxış prosesində 243 basketbolçu iştirak edib.

U-12 yaş kateqoriyasından 59 nəfərdən 29-u, U-14 yaş kateqoriyasından 82 nəfərdən 31-i, U-16 yaş kateqoriyasından isə 102 nəfərdən 33-ü seçilərək milli komandaların düşərgələrinə cəlb olunublar.

Təşkil olunmuş baxış prosesinin əsas məqsədi gələcək illərdə müxtəlif yaş qrupları üzrə milli komandaların heyətində daha istedadlı basketbolçuların yer almasıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp