DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Cənubi Amerika zonasında növbəti oyunlar keçirilib. Bu gecə 3 görüş baş tutub.

Yalnız bir matçda qalib müəyyənləşib. Belə ki, Braziliya və Ekvador yığmaları arasında oyun “sambaçılar”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 30-cu dəqiqədə Rodriqo vurub. Peru – Kolumbiya matçı 1:1, Uruqvay – Paraqvay qarşılaşması isə 0:0 hesabı ilə heç-heçə başa çatıb.

Uruqvayın heyətində Luis Suares son oyunu keçirib. 37 yaşlı forvard milli karyerasını başa vurub.

Shares: