“Qarabağ”ın futbolçusu Patrik Andrade Kabo-Verde yığmasında növbəti matçına çıxıb. Yarımmüdafiəçinin komandası Afrika Millətlər Liqasının 1-ci mərhələsinə uğursuz başlayıb.

Kabo-Verdenin Misirə 0:3 hesabı ilə uduzdiğu matça start heyətində başlayan Patrik fasilədə əvəzlənib.

Qeyd edək ki, Kabo-Verde növbəti oyununu sentyabrın 10-da evdə Mavritaniyaya qarşı keçirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp