UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, bu gün daha 9 oyun baş tutub.

Almaniya yığması evdə Macarıstana böyük hesabla qalib gəlib. Niderland da Bosniya və Herseqovina yığmasını darmadağınla yola salıb. İngiltərə millisi İrlandiyanı səfərdə inamlı hesabla yenib.

Ukrayna yığması startda Albaniyaya uduzub. Gürcüstan yığması isə Çexiya ilə ev oyununda böyük hesabla qalib gəlib.

UEFA Millətlər Liqası
7 sentyabr

A Liqası, 3-cü qrup

Almaniya – Macarıstan 5:0
Qollar: Füllkruq, 27. Musiala, 58. Virts, 66. Pavloviç, 77. Haverts, 81-pen.

Niderland – Bosniya və Herseqovina 5:2
Qollar: Zirkze, 13. Reynders, 45+2. Qakpo, 56. Veqhorst, 88. X.Simons, 90+2 – Demiroviç, 27. Dzeko, 73. 

B Liqası, 1-ci qrup

Gürcüstan – Çexiya 4:1
Qollar: Kvaratsxeliya, 33-pen. Çakvetadze, 53. Mikautadze, 63. Koçoraşvili, 66 – Kalvaç, 80.

Ukrayna – Albaniya 1:2
Qollar: Konoplya, 49 – İsmayli, 54. Asani, 66.

B Liqası, 2-ci qrup

İrlandiya – İngiltərə 0:2
Qollar: Rays, 11. Qriliş, 26.

Yunanıstan – Finlandiya 3:0
Qollar: İoannidis, 24; 76. Kallman, 37-öz qapısına.

C Liqası, 4-cü qrup

Farer adaları – Şimali Makedoniya 1:1
Qollar: Davidsen, 9-pen – Bardi, 49-pen.

Ermənistan – Latviya 4:1
Qollar: Bıçakçıyan, 6. Dubra, 35-öz qapısına. Zelarayan, 48. Spertsyan, 86 – Harutunyan, 9-öz qapısına.

D Liqası, 2-ci qrup

Moldova – Malta 2:0
Qollar: Kaymakov, 32. Nikolaesku, 45+5-pen.

Shares: