Bu gün Azərbaycan milli komandası Millətlər Liqasının qrup mərhələsində 2-ci tur oyununa çıxacaq. Fernandu Santuşun komandası səfərdə Slovakiya millisi ilə üz-üzə gələcək.

“Koşitse Futbol Arenası”nda  keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu Polşadan olan hakimlər briqadası idarə edəcək.

Azərbaycan millisi ilk turda İsveçə 1:3 hesabı ilə uduzub. Bu, komandanın Santuşun rəhbərliyi altında ilk oyunu olub. Slovakiya seçməsi isə ilk matçında Estoniyaya 1:0 hesabı ilə qalib gəlib.

Millətlər Liqası, qrup mərhələsi, 2-ci tur

C liqası, 1-ci qrup

20:00. Slovakiya – Azərbaycan

Hakimlər: Damian Silvestrjak, Pavel Sokolniçki, Adam Karaseviç, Martsin Koçanek (Polşa)

“Koşitse Futbol Arenası”

Shares: