Bu gün Azərbaycan milli komandası Millətlər Liqasının qrup mərhələsində 2-ci tur oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, Fernandu Santuşun komandası səfərdə Slovakiya millisi ilə üz-üzə gəlib.
“Koşitse Futbol Arenası”nda keçirilən oyunu Polşadan olan hakimlər briqadası idarə edib. Görüş meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Xatırladaq ki, Azərbaycan millisi ilk turda İsveçə 1:3 hesabı ilə uduzub. Bu, komandanın Santuşun rəhbərliyi altında ilk oyunu olub. Slovakiya seçməsi isə ilk matçında Estoniyaya 1:0 hesabı ilə qalib gəlib.
Millətlər Liqası
C liqası, 1-ci qrup
8 sentyabr
Slovakiya – Azərbaycan 2:0
Qollar: Andrey Duda, 22-pen. David Streleç, 26.
Hakimlər: Damian Silvestrjak, Pavel Sokolniçki, Adam Karaseviç, Martsin Koçanek (Polşa)
“Koşitse Futbol Arenası”.
Slovakiya: 1. Martin Dubravka, 4. Adam Obert, 6. Norbert Dyomber, 7. Tomaş Suslov, 8. Andrey Duda, 14. Milan Şkrinyar (k), 15. David Streleç, 16. David Hansko, 17. Lukaş Haraslin, 18. Yuray Kuçka, 22. Stanislav Lobotka.
Ehtiyat oyunçular: 12. Marek Rodak, 23. Henrix Ravas, 2. Peter Pekarik, 3. Denis Vavro, 5. Lübomir Şatka, 9. Robert Bojenik, 10. Laslo Benek, 11. Lübomir Tupta, 13. Samuel Kozlovski, 18. Leo Sauer, 20. David Duriş, 21. Matuş Bero.
Baş məşqçi: Françesko Kaltsona.
Azərbaycan: 23. Mehdi Cənnətov, 2. Amin Seydiyev, 3. Elvin Cəfərquliyev, 6. Emil Mustafayev, 9. Renat Dadaşov, 10. Ozan Can Kökçü, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 16. Elvin Camalov, 17. Toral Bayramov, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 1. Rza Cəfərov, 12. Yusif İmanov, 4. Xəyal Nəcəfov, 5. Şəhriyar Əliyev, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov, 11. Ramil Şeydayev, 14. Rüstəm Əhmədzadə, 18. Ceyhun Nuriyev, 19. Nəriman Axundzadə, 21. Qismət Alıyev, 22. Abbas Hüseynov.
Baş məşqçi: Fernando Santos.