Vircil van Deyk yığma komanda karyerasını bitirmək istəmir. O, növbəti Dünya Çempionatında da oynamaq niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, Niderland millisinin kapitanı bu barədə danışıb: “Ölkəm təmsil edəcək qədər yaxşı olduğumu düşünürəm. Ona görə də daha bir mundiala qatılmaq istərdim. “Liverpul”un kapitanıyam, sabit oynayıram, özümü fiziki cəhətdən tam hazırlıqlı hiss edirəm. Bu yaşımda da topla rəftarımı daha da yaxşılaşdırmağa çalışıram”.
2015-ci ildən milli komandanın şərəfini qoruyan van Deyk 75 dəfə yığma formasını geyib. O, Niderland üçün 9 qol vurmağa da müvəffəq olub.