Cari mövsümdə İtaliya A Seriyasında ən çox qazanc əldə edən futbolçuların siyahısı bəlli olub.

Siyahıya 12 milyon avro qazanan “Yuventus”un hücumçusu Duşan Vlahoviç başçılıq edir. Onu 9 milyon qazancla “İnter”in üzvü Lautaro Martines təqib edir. Hərəyə 6,5 milyon avro gəlir əldə edən “İnter”in daha iki üzvü – Hakan Çalhanoğlu və Nikolo Barella ilk “üçlüy”ü qapayır.

Qeyd edək ki, futbolçuların gəlirləri hesablanarkən vergilər nəzərə alınıb.

Shares: