Camal Musiala gələcəyi barədə yenə müəmmalı danışıb. Almaniya yığmasının və “Bayern”in yarımmüdafiəçisi Münhendə qalacağını deməyib.
Futbolinfo.az xəbər verir ki, “Mançester Siti”nin israrla istədiyi və Kevin de Bruyneyə xələf gözü ilə baxdığı 21 yaşlı oyunçu “Bayern”lə 2026-cı ilin yayında başa çatacaq müqaviləsini yeniləmir. O, ya gələn yay satılmasını, ya da 2 ildən sonra azad agent kimi getməyi istəyir. İndi isə dəqiq bir söz demir: “Bayern”də xoşbəxtəm. Klubumun və yığmanın hədəflərinə köklənmişəm. Transfer və ya müqavilə barədə düşünmürəm. Açığı, bir neçə il sonra harada olacağımı bilmirəm, çünki futbol dünyası sürətlə dəyişir”.
4 ildir “Bayern”in əsas komandasında çıxış edən Camalın hazırkı bazar dəyəri 130 milyon avrodur.