Paulinyo karyerasını başa vurub. O, qərarını rəsmən elan edib.
Futbolinfo.az xəbər verir ki, son olaraq “Korintians”da oynayan 36 yaşlı yarımmüdafiəçi daha top qovmaq istəmir. O, bundan sonra nə edəcəyinə qərar verməyib.
“Barselona”, “Tottenhem” kimi klubların şərəfini qoruyan Paulinyo Braziliya millisində də çıxış edib. O, yığmada 56 oyuna 13 qol vurub, 9 məhsuldar ötürmə edib.