Norveçli Maqnus Karlsen sürətli şahmat üzrə dünya çempionatının qalibi olub.
Futbolinfo.az xəbər verir ki, 33 yaşlı qrossmeyster finalda Fransa təmsilçisi Əlireza Firuzca ilə üz-üzə gəlib.
Karlsen rəqibini böyük üstünlüklə məğlub edib – 23,5:7,5.
Turnirdə son illərin ən gözlənilən görüşlərindən biri də baş tutub. Karlsen yarımfinalda saxtakarlıqda ittiham etdiyi Hans Nimannı (ABŞ) beş xallıq üstünlüklə məğlub edib.