Hamidu Keytanın “Konyaspor”a keçidi reallaşır. “Qarabağ”a “Zirə”dən keçən futbolçu, burada möhkəmlənə bilməyincə klubunu dəyişməyə qərar verib.
Türkiyə Superliqası təmsilçisinin mətbuat xidmətinin rəhbəri Abdulla Kaan Çınar mediada yayılan xəbəri futbolinfo.az-a açıqlamasında təsdiq edib. O bildirib ki, “Qarabağ”ın oyunçusu bu gün gecə saatlarında Konyada olacaq.
29 yaşlı Seneqal əsilli fransalı Ağdam klubuna ötən yay keçmişdi. Onun iki illik müqaviləsi qalırdı.