Əfsanəvi basketbolçu və altıqat MBA çempionu Maykl Cordana məxsus “23XI Racing” komandası üçün 2024-cü il əlamətdar olub. Amerikalı sürücü və NASCAR ulduzu Tayler Reddikin 45 nömrəli avtomobili NASCAR-da titul qazanıb. Lakin komanda yeni müqavilənin bağlanmasında problemlərlə üzləşib.
“Biz NASCAR-ı yazılı şəkildə və vaxtında həll edilməli olan məsələlər barədə məlumatlandırdıq. Bu problemləri həll etmək və hamımızın sevdiyi çempionatı gücləndirmək üçün NASCAR ilə konstruktiv müzakirələrdə iştirak etməyə sadiqik.
“23XI Racing” komandası olaraq inanırıq ki, NASCAR ədalətli idarə olunmalıdır”, – deyə “23XI Racing”dən bildirilib.