“Panatinaikos”un 29 yaşlı forvardı türkiyəli Cedi Osman Kaliforniyanın “Los-Anceles Leykers” klubuna keçə bilərmiş. Bu barədə “Eurohoops” portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, “Leykers”in rəhbərliyi Cedi ilə ciddi şəkildə maraqlanıb. O, həm də “Leykers” oyunçuları ilə təlim-məşq toplanışı keçirmək üçün dəvət alıb. Lakin basketbolçuya müqavilə imzalanacağı ilə bağlı zəmanət verilmədiyindən o, Yunanıstan klubu ilə razılaşıb.

Türkiyəli basketbolçu ötən mövsüm “San Antonio Spörs” klubunun tərkibində Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edib və 72 görüşdə iştirak edib.

Shares: