Nigeriyalı yarımmüdafiəçi Olavale Onanuqa “Kəpəz”ə qayıdacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

O, futbolinfo.az-a açıqlamasında bu məlumatları təkzib edib: “Bilirəm ki, bu barədə xəbərlər yayılıb. Amma hazırda “Kəpəz”ə keçəcəyimlə bağlı məlumatlar həqiqəti əks etdirmir. Yazılanlar doğru deyil”.

Qeyd edək ki, Olavale Onanuqa ötən mövsümü “Kəpəz”də keçirib. Hazırda BƏƏ “Əl Nəsr”ində çıxış edən futbolçunun tezliklə Gəncəyə qayıdacağı deyilir.

Shares: