Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində ölkə çempionatı keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın müxtəlif regionlarından olan 70-dən çox idmançı güllə atıcılığının pnevmatik tüfəngdən atəş, kiçik çaplı tapançadan 25 m məsafəyə atəş və pnevmatik tapançadan 10 m məsafəyə atəş yarışlarında mübarizə aparıblar.
Yarışlar üzrə qalib gələn və ikinci, üçüncü yerə sahib çıxan güllə atıcılarının siyahısını təqdim edirik:
10 m – Pnevmatik tapançadan atəş üzrə kişilər arasında yarış
1. Vladislav Kalmıkov
2. Elvin Astanov
3. Musayev Hacı
10 m – Pnevmatik tapançadan atəş üzrə qadınlar arasında yarış
1. Zeynəb Sultanova
2. Nigar Nəsirova
3. Xanna Əliyeva
10 m – Pnevmatik tüfəngdən atəş üzrə kişilər arasında yarışın qalibləri:
1. Üzeyr Tapdıqlı
2. Ramiz Xəlilov
Pnevmatik tüfəngdən atəş üzrə qadınlar arasında yarışın qalibləri:
1. Nigar Ramazanova
2. Jalə Bayramova
3. Aynur Mahmudova
10 m – Pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışı:
1. Nigar Nəsirova / Ruslan Lunev
2. Xanna Əliyeva / Hacı Musayev
3. Zeynəb Sultanova / Ənvər Mahmudov
10 m – Pnevmatik tüfəngdən atəş üzrə qarışıq komanda yarışı:
1. Jalə Bayramova / ÜzeyirTapdıqlı
2. Nigar Ramazanova / Ramiz Xəlilov
3. Aynur Mahmudova / Hüseyn Əliməmmədov
25 m – Kiçik Çaplı tapançadan atəş üzrə qadınlar arasında yarışın qalibləri:
1. Xanna Əliyeva
2. Həqiqət Atayeva
Qeyd edək ki, final yarışlarından sonra çempionatda qalib gələn idmançılar medal və diplomlarla təltif olunublar.