Ronald Kuman Memfis Depayı milliyə çağıracaq. Niderland yığmasının baş məşqçisi təcrübəli hücumçuya Stiven Berqveynə olduğu kimi münasibət göstərməyəcək.

Futbolinfo.az xəbər verir ki, Kuman Berqveynin “Ayaks”dan ayrılaraq Səudiyyə Ərəbistanına getməsindən narazıdır. O, karyeranı yox, pulu düşünən hücumçunu bir daha milliyə çağırmayacağını bəyan edib.

Kumanın Avropanı tərk edən Depayla bağlı mövqeyi isə fərqlidir: “Braziliya çempionatı çox güclüdür. Memfis “Korintians” kimi kluba gedib. O, milli komandanın bir parçası olaraq qalır. Təbii ki, məndən dəvət alması üçün fiziki formasına diqqət yetirməsi, daim yüksək səviyyədə olması lazımdır”.

Shares: