“Barselona”nın “Betis”ə icarəyə verdiyi Vitor Roke müqavilə ilə məxsus olduğu klubdan danışıb.

Futbolinfo.az xəbər verir ki, brazilyalı hücumçu “Barselona”da debüt etdiyi vaxtın qarışıq dönəmə təsadüf etdiyini bildirib: “Bu klubda keçirdiyim günlər bir az qəribə və qarışıq duyğularla zəngin idi. İlk vaxtlar bəzi fürsətlərim oldu, lakin uğurlu alınmadı. “Barsa”da gözlədiyim münasibətlə üzləşmədim, bununla belə, sakitəm”.

Roke qarşıdakı bir ildə “Betis”ə uyğunlaşmaq istəyir: “İşimə köklənmişəm. Tanrıya belə klubda oynamaq imkanı yaratdığı üçün təşəkkür edirəm. Özümü doğruldacağıma əminəm”.

Shares: