“Təəssüf ki, bəzi məqamlarda səhvlərə yol verdik və rəqib bundan yararlanmağı bacardı. Sonradan oyunu dəyişmək üçün bir neçə imkanımız olsa da, yararlana bilmədik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında milli komandamızın və “Sabah”ın futbolçusu Elvin Camalov deyib.
O, qarşıdakı oyunlarda qələbə qazanaraq azarkeşlərimizi sevindirəcəklərinə inanır: “Çətin səfər oyunu oldu. Slovakiya futbol ənənələri olan, son Avropa çempionatının iştirakçısı olmuş komandadır. Amma əlbəttə ki, bu, bəhanə ola bilməz. Bu matça müsbət nəticə üçün çıxmışdıq. Təəssüf ki, səhvlərə yol verdik və rəqib bundan yararlanmağı bacardı. Ötən oyunun təsiri olduğunu düşünmürəm. Hər matç digərindən fərqlənir. Bu iki qarşılaşma tam fərqli idi. İnanıram ki, qarşıdakı oyunlarda müsbət nəticələr qazanaraq azarkeşlərimizi sevindirə biləcəyik”.
GÜNAY SÜLEYMANOVA